Improtex Industries
“IMPROTEX INDUSTRIES” İstehsalat Bazası
“Improtex” Şirkətlər Qrupu müstəqil Azərbaycanın ilk özəl şirkətlərindən biri olaraq,
fəaliyyət dövrü ərzində bir çox xarici və yerli şirkətlərlə sıx əməkdaşlıq edərək
Azərbaycanın davamlı iqtisadiyyatının inkişafına qeyri-neft sektorunda göstərdiyi
fəaliyyətlə öz töhvəsini verməkdə və biznes çevrəsində 25 il ərzində tutduğu mövqeləri
möhkəmləndirməkdə davam edir.
Hal-hazırda “Improtex” şirkətlər qrupu nəqliyyat, tikinti, metalkonstruksiya, yük
maşınları üçün üstqurğuların istehsalı, turizm və digər sahələrdə fəaliyyət göstərir.
“Improtex” şirkətlər qrupunun ən mühüm və strateji strukturlarından biri 2013-cü ildə
yaradılmış “Improtex İndustires” MMC-dir. Bakının Qaradağ rayonunda 9 ha ərazidə
14500 m2 qapalı ərazidə yerləşən, beynəlxalq standartlarına uyğun tam avtomatlaşmış bu
zavod 12000 ton metal konstruksiya və 400 ədəd yük maşınlarının üst qurğuları illik
istehsal güçünə malikdir. Hal-hazırda 300 nəfər işçi bu şirkətdə fəaliyyət göstərir
«IMPROTEX INDUSTRIES» İstehsalat Bazasının imkanları
1)Müxtəlif mürəkkəb tipli memarlıq-dizayn layihələrinin işlənməsi
2)Metal konstruksiya elementlərinin istehsalı, çatdırılması və montajı
3) «Açar-təslim» layihələri
4) Layihələrin statik və dinamik hesabatlarının işlənməsi
5) Layihələrin idarə olunması
6) Mühəndis-texniki xidmətlərin Azərbaycan və Beynəlxalq tikinti norma və
standartlarına uyğun icrası